Bağla


10 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 12 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 52 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamənin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Riyaziyyat, fizika, kimya, biologiya elmləri, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, tarix, hüquq elmləri, filologiya elmləri, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 36 iddiaçıya fəlsəfə doktoru diplomları, pedaqogika üzrə elmlər doktoru dissertasiyasını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 1 iddiaçıya elmlər doktoru diplomu, Rusiya Federasiyası Patris Lumumba adına Rusiya Xalqlar Dostluğu Universitetində hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunub.

Texnika elmləri sahəsində “Məsafədən aerokosmik tədqiqatlar”, “Xüsusi əməliyyatlar texnologiyası”, “Qida məhsullarının texnologiyası”, tibb elmləri sahəsində “Hüceyrə biologiyası, sitologiya və histologiya”, “Patoloji fiziologiya”, iqtisad elmləri sahəsində “Ümumi iqtisadiyyat”, “Sahə iqtisadiyyatı”, kimya elm sahəsində “Neft kimyası”, “Elektrokimya”, biologiya elmləri sahəsində “Ekologiya”, “Botanika”, fizika elm sahəsində “Elektrofizika, elektrofiziki qurğular” və riyaziyyat elm sahəsində “Riyazi məntiq və ədədlər nəzəriyyəsi” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent, filologiya elmləri sahəsində “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.


10.07.2025





Digər xəbərlər