Bağla


19 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 7 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 32 iddiaçıya diplomlar və attestatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Biologiya elmləri, tibb elmləri, tarix, filologiya elmləri, pedaqogika və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 29 iddiaçıya fəlsəfə doktoru diplomları təqdim olunub.

Tibb elmləri sahəsində “Mamalıq və ginekologiya”, iqtisad elmləri sahəsində “Ümumi iqtisadiyyat” və pedaqogika elm sahəsində “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.


19.09.2025





Digər xəbərlər