Sentyabrın 25-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
27 Sentyabr – Anım Günü ilə bağlı keçirilən aksiyada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olaraq, Eldar şamı və zeytun ağacları əkilib.
Bu yaşıllaşdırma aksiyası Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinə ithaf olunub.
Digər xəbərlər