Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 08 may 2024-cü il tarixli qərarına əsasən Aynur Vaqif qızı Quliyeva Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 9.3.2-ci yarımbəndi rəhbər tutulmaqla dissertasiya işində aşkar olunmuş elmi plagiat faktına görə filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsindən və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 8.3.1-ci yarımbəndi rəhbər tutulmaqla dosent elmi adından məhrum edilmişdir.
Komissiyanın Rəyasət Heyətinin 19 sentyabr 2025-ci il tarixli iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 iyul 2025-ci il tarixli 2-1(102)-1184/2025 nömrəli Qərarı əsasında “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələbi nəzərə alınmaqla Komissiyanın Rəyasət Heyətinin 08 may 2024-cü il tarixli müvafiq qərarının ləğv edilməsinə dair qərar qəbul olunmuşdur.
Digər xəbərlər