Bağla


10 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 13 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 43 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Fizika, biologiya elmləri, aqrar elmlər, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, coğrafiya, hüquq elmləri, siyasi elmlər, sənətşünaslıq, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 18 iddiaçıya fəlsəfə doktoru, biologiya elmləri, aqrar elmlər, tibb elmləri, texnika elmləri və iqtisad elmləri üzrə elmlər doktoru dissertasiyasını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 6 iddiaçıya elmlər doktoru diplomları, Türkiyə Respublikasının Marmara Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının Marmara Universitetinin Bank İşi və Sığorta İşi İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Ukrayna, M.İ.Piroqov adına Milli Memorial Tibb Universitetində  tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

Fizika elm sahəsində “Radiasiya materialşünaslığı”, “Yarımkeçiricilər fizikası”, “Nəzəri fizika”, “Elektronika”, “Biofizika”, iqtisad elmləri sahəsində “İqtisadi nəzəriyyə”,Ekonometriya; iqtisadi statistika”, “İqtisadi fəaliyyət növləri”, “Ümumi iqtisadiyyat”, “İqtisadi nəzəriyyə”, “Sahə iqtisadiyyatı”, texnika elmləri sahəsində “Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və üsulları”, “Maşınlar, avadanlıqlar və proseslər”, yer elmləri sahəsində “Ümumi və regional geologiya”, kimya elm sahəsində “Radiasiya materialşünaslığı” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent, texnika elmləri sahəsində “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (informasiya texnologiyaları üzrə)”, coğrafiya elm sahəsində “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.


10.10.2025





Digər xəbərlər