Bağla


24 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 13 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 42 iddiaçıya diplomlar və attestatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Riyaziyyat, biologiya elmləri, aqrar elmlər, tibb elmləri, texnika elmləri, əczaçılıq elmləri, iqtisad elmləri, tarix, filologiya elmləri və pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 25 iddiaçıya fəlsəfə doktoru, yer elmləri və texnika elmləri üzrə elmlər doktoru dissertasiyasını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 3 iddiaçıya elmlər doktoru diplomları təqdim olunub.

Texnika elmləri sahəsində “Gəmiçilik və su nəqliyyatının istismarı”, “Fövqəladə hallarda təhlükəsizlik (inşaatda)”, “Qida məhsullarının texnologiyası”, tarix elm sahəsində “Arxeologiya”,Ümumi tarix”, riyaziyyat elm sahəsində “Deformasiya olunan bərk cisim mexanikası”, biologiya elmləri sahəsində “Mikologiya”, yer elmləri sahəsində “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı”, pedaqogika elm sahəsində “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi, psixologiya elm sahəsində “Pedaqoji psixologiya” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent, iqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı”, “İqtisadi nəzəriyyə”, siyasi elmlər sahəsində “Beynəlxalq münasibətlər”, tarix elm sahəsində “Vətən tarixi” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.


24.10.2025





Digər xəbərlər