Bağla


5 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 15 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 57 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Kimya, biologiya elmləri, yer elmləri, aqrar elmlər, tibb elmləri, texnika elmləri, əczaçılıq elmləri, iqtisad elmləri, coğrafiya, filologiya elmləri, siyasi elmlər, sənətşünaslıq, memarlıq və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 33 iddiaçıya fəlsəfə doktoru, kimya, biologiya elmləri, texnika elmləri və pedaqogika üzrə elmlər doktoru dissertasiyasını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 5 iddiaçıya elmlər doktoru diplomları, Türkiyə Respublikası Orta Doğu Teknik Universitetinin Sosial Elmlər İnstitututunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikası İstanbul Universitetinin Səhiyyə Elmləri İnstitutunda tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Finlandiya Respublikasının Şərqi Finlandiya Universitetində sosiologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

Biologiya elmləri sahəsində “Botanika” ixtisası üzrə 2, filologiya elmləri sahəsində “German dilləri” ixtisası üzrə 2, “Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı)”, “Türk xalqları ədəbiyyatı”, “Folklorşünaslıq”, tibb elmləri sahəsində “Pediatriya”, “Endokrinologiya”, iqtisad elmləri sahəsində “İqtisadi nəzəriyyə”, “Sahə iqtisadiyyatı”, “Ümumi iqtisadiyyat”,  kimya elm sahəsində “Neft kimyası”, texnika elmləri sahəsində “Kimya texnologiyası və mühəndisliyi” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları, texnika elmləri sahəsində “Maşınlar, avadanlıqlar və proseslər”, “Telekommunikasiya texnologiyası” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.


05.12.2025





Digər xəbərlər