Bağla


4 və 5 iyun tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev ümumilikdə 12 elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiyalarını uğurla müdafiə etmiş və tədqiqat işləri AAK tərəfindən təsdiq edilmiş 33 iddiaçıya fəlsəfə doktoru diplomlarını və dosent elmi adına layiq görülmüş 5 nəfərə müvafiq attestatları təqdim etmişdir. Xarici ölkədə siyasi və texnika elmləri üzrə dissertasiya işlərini uğurla müdafiə etmiş 2 nəfərə fəlsəfə doktoru diplomlarının təkrar attestasiya əsasında tanınması haqqında şəhadətnamələr təqdim olunmuşdur.


05.06.2020





Digər xəbərlər