Bağla


Fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev ümumilikdə 12 elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiyalarını uğurla müdafiə etmiş və tədqiqat işləri AAK tərəfindən təsdiq edilmiş 44 iddiaçıya fəlsəfə doktoru diplomlarını, 11 ixtisas üzrə dosent elmi adına layiq görülmüş 12 nəfərə müvafiq attestatları təqdim etmişdir.

 

Tədbirdə xarici ölkədə siyasi və tibb elmləri üzrə dissertasiya işlərini uğurla müdafiə etmiş 2 nəfərə fəlsəfə doktoru diplomlarının təkrar attestasiya əsasında tanınması haqqında şəhadətnamələr təqdim olunmuşdur.

 


21.02.2021





Digər xəbərlər