Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu nəzdində ED1.16 Dissertasiya şurasında kimya elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi iddiaçısının dissertasiya işinin müdafiəsində iştirak ediblər.
Dissertasiya şurasının işinin Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019- cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 oktyabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə təlimat”ın tələblərinə uyğun təşkil olunduğu, müdafiənin ümumi gedişatı, onun elmi müzakirə xarakteri daşıması, yüksək tələbkarlıq, prinsipiallıq və elmi etikaya riayət edilməsi şəraitində keçirilməsi, tədqiqatın nəticələrinin, elmi və nəzəri-praktik xarakterli təkliflərin əsaslandırılmış şəkildə hərtərəfli müzakirəsi, habelə dissertasiyanın müdafiəsi zamanı gizli səsvermənin yeni tələblərə uyğun düzgün keçirilməsi müəyyən edilib.
Digər xəbərlər