25 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev ümumilikdə 7 elm sahəsi (pedaqogika, tarix, riyaziyyat, texnika, iqtisad, tibb və aqrar elmlər) üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 13 iddiaçıya fəlsəfə doktoru diplomlarını təqdim etmişdir. AAK-da karantin rejimi qaydalarına əməl olunmaqla təşkil edilmiş görüşdə 6 ixtisas üzrə dosent elmi adına layiq görülən 8 nəfərə müvafiq attestatlar təqdim edilmişdir.
Digər xəbərlər