Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının əməkdaşları işğal altında olan torpaqlarımızın azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü olaraq 12 min manat məbləğində pul vəsaiti ianə ediblər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Ümummilli lider Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir. Fondun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər.
Digər xəbərlər