Bağla


    11 mart 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) elmi dərəcə və elmi ad almış iddiaçılara diplom və attestatların, xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilmişdir.

Karantin rejimi qaydalarına əməl olunmaqla təşkil olunan görüşdə Komissiyanın sədri Famil Mustafayev kimya, iqtisad və yer elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 3 iddiaçıya elmlər doktoru diplomlarını, kimya və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 4 iddiaçıya fəlsəfə doktoru diplomlarını, eləcə də xarici ölkələrdə fizika və tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 3 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələri təqdim etmişdir.

Tədbirdə “Geomorfologiya” ixtisası üzrə professor elmi adı almış bir iddiaçıya professor attestatı, “Konstitusiya hüququ; bələdiyyə hüququ”, “Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ” və “Vətən tarixi” ixtisasları üzrə dosent elmi adına layiq görülmüş 3 iddiaçıya dosent attestatları təqdim edilmişdir.


11.03.2021





Digər xəbərlər