Bağla


6 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) elmi dərəcə və elmi ad almış iddiaçılara diplom və attestatların, xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilmişdir.

 

Karantin rejimi qaydalarına əməl olunmaqla təşkil olunan görüşdə Komissiyanın sədri Famil Mustafayev 15 elm sahəsi üzrə 19 nəfərə diplom, attestat və şəhadətnamələr təqdim etmişdir.

Tarix, coğrafiya, sənətşünaslıq, filologiya, texnika və tibb elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 7 iddiaçıya fəlsəfə doktoru diplomları, fəlsəfə, filologiya və biologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 3 iddiaçıya elmlər doktoru diplomları, eləcə də Türkiyədə iqtisad elmləri, Böyük Britaniyada hüquq və Almaniyada tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 3 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunmuşdur.

“Qeyri-üzvi kimya”, “Baytarlıq elmləri” və “Hərbi xüsusi elmlər” ixtisasları üzrə dosent elmi adı almış 3 iddiaçıya dosent attestatları, “Dinamik sistemlər və optimal idarəetmə”, “İnsan və heyvan fiziologiyası”, “Kino, tele və digər ekran sənədləri” ixtisasları üzrə professor elmi adına layiq görülmüş 3 iddiaçıya professor attestatları təqdim edilmişdir.

Komissiyanın sədri Famil Musatafayev elmi dərəcə və elmi ad almış tədqiqatçıları təbrik etmiş, onlara elmi və elmi-pedaqoji fəaliyyətlərində yeni nailiyyətlər arzulamışdır.

Çıxış edən tədbir iştirakçıları Komissiyanın sədrinə minnətdarlıqlarını bildirmiş, fikir və təəssüratlarını bölüşmüşlər.


06.04.2021





Digər xəbərlər