13 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 5 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış iddiaçılara diplomların və attestatın təqdim edilməsi ilə bağlı tədbir keçirilmişdir.
Karantin rejimi qaydalarına əməl olunmaqla təşkil olunan görüşdə iqtisad, kimya, texnika, biologiya və filologiya elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 10 iddiaçıya fəlsəfə doktoru diplomları, “Kompüter elmləri” ixtisası üzrə dosent elmi adını almış 1 iddiaçıya dosent attestatı təqdim olunmuşdur.
Komissiyanın aparat rəhbəri Gülarə Tağı-zadə elmi dərəcə və elmi ad almış tədqiqatçıları təbrik etmiş, onlara elmi və elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulamışdır.
Digər xəbərlər