26 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) elmi dərəcə və elmi ad almış iddiaçılara diplom və attestatların, xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilmişdir.
Karantin rejimi qaydalarına əməl olunmaqla təşkil olunan görüşdə 10 elm sahəsi üzrə 19 nəfərə diplom, attestat və şəhadətnamələr təqdim edilmişdir.
Tibb, biologiya, iqtisad, pedaqogika və filologiya elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 6 iddiaçıya fəlsəfə doktoru diplomları, Türkiyədə fəlsəfə və iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 2 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunmuşdur.
Tarix və texnika elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və Komissiya tərəfindən elmi dərəcə verilmiş 3 iddiaçıya elmlər doktoru diplomları, Ukraynada texnika elmləri və Rusiyada yer elmləri üzrə elmlər doktoru elmi dərəcəsi verilmiş 2 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim edilmişdir.
“Cərrahlıq”, “Bitkiçilik”, “Dinin tarixi və fəlsəfəsi”, “Baytarlıq mikrobiologiyası, virusologiyası, epizootologiyası, mikotoksikologiya ilə mikologiyası və immunologiyası” ixtisasları üzrə dosent elmi adı almış 5 iddiaçıya dosent attestatları, “Sahə iqtisadiyyatı” ixtisası üzrə professor elmi adına layiq görülmüş 1 iddiaçıya professor attestatı təqdim olunmuşdur.
Komissiyanın sədri Famil Mustafayev elmi dərəcə və elmi ad almış tədqiqatçıları qarşıda gələn Respublika Günü münasibətilə təbrik etmiş, onlara elmi və elmi-pedaqoji fəaliyyətlərində yeni uğurlar arzulamışdır
Digər xəbərlər