9 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) elmi dərəcə almış iddiaçılara diplomların və xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Karantin rejimi qaydalarına əməl olunmaqla təşkil olunan görüşdə 5 elm sahəsi üzrə 7 nəfərə diplomlar və şəhadətnamələr təqdim edilib.
Tarix, filologiya və tibb elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 5 iddiaçıya fəlsəfə doktoru diplomları, Rusiya Federasiyasında hüquq və Çin Xalq Respublikasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 2 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Digər xəbərlər