Bağla


10 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 17 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 67 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamənin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
İqtisad, filologiya, tibb elmləri, pedaqogika, tarix, fəlsəfə, sosiologiya, hüquq və siyasi elmlər, fizika, kimya, biologiya, coğrafiya, yer elmləri və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 28 iddiaçıya fəlsəfə doktoru diplomları, coğrafiya və biologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 2 iddiaçıya elmlər doktoru diplomları, İran İslam Respublikası Texnologiya, Tədqiqat və Elm (Təhsil) Nazirliyinin Beynəlxalq Əl-Mustafa Universitetində fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunub. 
Filologiya elmləri sahəsində “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik”, “Türk dilləri”, “Azərbaycan dili”, “Slavyan dilləri”, “German dilləri”, “Sami dilləri”, “Azərbaycan ədəbiyyatı”, “Folklorşünaslıq”, “Dünya ədəbiyyatı” və “Türk xalqları ədəbiyyatı” “ixtisasları üzrə 20 iddiaçıya, tibb elmləri sahəsində “Mamalıq və ginekologiya”, “Otorinolarinqologiya”, “Daxili xəstəliklər”, “Patoloji fiziologiya” və “Urologiya” ixtisasları üzrə 7 iddiaçıya, riyaziyyat sahəsində “Diferensial tənliklər”, fizika sahəsində “Radiasiya materialşünaslığı”, texnika elmləri sahəsində “Məsafədən aerokosmik tədqiqatlar”, coğrafiya sahəsində “İqtisadi coğrafiya” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları, iqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı”, kimya sahəsində “Analitik kimya”, texnika elmləri sahəsində “İnşaat materialları və məmulatları”, filologiya elmləri sahəsində “Folklorşünaslıq” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.


10.06.2022





Digər xəbərlər