Bağla


7 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 15 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 52 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Tibb, biologiya, fizika, texnika və iqtisad elmləri, coğrafiya, filologiya, sosiologiya, sənətşünaslıq və aqrar elmlər üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 33 iddiaçıya fəlsəfə doktoru diplomları, riyaziyyat, iqtisad, kimya, biologiya və texnika elmləri, fəlsəfə, sosiologiya, sənətşünasıq, hüquq, milli təhlükəsizlik və hərbi elmlər üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 12 iddiaçıya elmlər doktoru diplomları, Türkiyə Respublikası Dokuz Eylül Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Ukrayna Respublikası Milli Elmlər Akademiyasının V.M.Koretski adına Dövlət və Hüquq İnstitutunda hüquq elmləri üzrə elmlər doktoru elmi 
dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Texnika elmləri sahəsində “İnşaat mexanikası” və “Hidrotexniki tikinti” ixtisasları üzrə 2, iqtisad elmləri sahəsində “Dünya iqtisadiyyatı” ixtisası üzrə 1 iddiaçıya dosent, fəlsəfə sahəsində “Estetika” və hüquq elmləri sahəsində “Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ” ixtisasları üzrə 2 iddiaçıya professor attestatları təqdim edilib.  


07.10.2022





Digər xəbərlər