20 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 15 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 54 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Riyaziyyat, kimya, texnika elmləri, tibb elmləri, biologiya elmləri, aqrar elmlər, filologiya elmləri, hüquq elmləri, iqtisad elmləri, psixologiya, sənətşünaslıq və tarix üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 29 iddiaçıya fəlsəfə doktoru diplomları, iqtisad elmləri, filologiya elmləri, biologiya elmləri, yer elmləri, texnika elmləri və fizika üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 9 iddiaçıya elmlər doktoru diplomları, Türkiyə Respublikası Marmara Universitetinin Türkşünaslıq Araşdırmalar İnstitutunda sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Rusiya Federasiyası, Elm və Təhsil Nazirliyinin O.E.Kutafin adına Moskva Dövlət Hüquq Universitetində hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Türkiyə Respublikası, İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Tibb elmləri sahəsində “Otorinolarinqologiya”, “Mamalıq və ginekologiya” və “Kardiologiya” ixtisaslarının hər biri üzrə 1, aqrar elmlər sahəsində “Aqrokimya” və “Bitkiçilik” ixtisaslarının hər biri üzrə 1, filologiya elmləri sahəsində “Dünya ədəbiyyatı (rus ədəbiyyatı)”, biologiya elmləri sahəsində “Botanika”, texnika elmləri sahəsində “Dəniz faydalı qazıntı yataqlarının işlənməsi texnologiyası”, fizika sahəsində “Yarımkeçiricilər fizikası” və kimya sahəsində “Qeyri-üzvi kimya” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent, riyaziyyat sahəsində “Analiz və funksional analiz”, “Ehtimal nəzəriyyəsi” və tibb elmləri sahəsində “Stomatologiya” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.
Digər xəbərlər