Bağla


08 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 10 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 31 iddiaçıya diplomlar və attestatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Kimya, fizika, texnika elmləri, tibb elmləri, biologiya elmləri, aqrar elmlər, filologiya elmləri, siyasi elmlər, psixologiya və pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 23 iddiaçıya fəlsəfə doktoru diplomları təqdim olunub.

Tibb elmləri sahəsində “Mamalıq və ginekologiya”, “Cərrahlıq” və “Daxili xəstəliklər” ixtisaslarının hər biri üzrə 1, filologiya elmləri sahəsində “Dünya ədəbiyyatı (rus ədəbiyyatı)”, “Roman dilləri” və “German dilləri” ixtisaslarının hər biri üzrə 1, aqrar elmlər sahəsində “Torpaqşünaslıq” və texnika elmləri sahəsində “Mühəndis-kommunikasiya sistemləri” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.


08.05.2023





Digər xəbərlər