25 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 15 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 52 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Fizika, kimya, texnika elmləri, tibb elmləri, biologiya elmləri, iqtisad elmləri, psixologiya, tarix, coğrafiya, pedaqogika, sosiologiya, fəlsəfə, sənətşünaslıq və filologiya elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 32 iddiaçıya fəlsəfə doktoru diplomları, Türkiyə Respublikasının İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Şimali Kipr Türk Respublikasının Şərqi Ağdəniz Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Tarix elm sahəsində “Vətən tarixi” ixtisası üzrə 2, “Ümumi tarix”, “Etnoqrafiya və etnologiya" ixtisaslarının hər biri üzrə 1, texnika elmləri sahəsində “Hidrotexniki tikinti”, “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (informasiya-kommunikasiya texnologiyaları üzrə)”, “Daşınma proseslərinin idarə edilməsi”, “Maşınlar, avadanlıqlar və proseslər”, “İnformasiya-ölçmə və idarəetmə sistemləri (informasiyanın işlənməsi üzrə)”, “Elektrotexniki sistemlər və komplekslər” ixtisaslarının hər biri üzrə 1, tibb elmləri sahəsində “Stomatologiya”, biologiya elmləri sahəsində “Biokimya”, filologiya elmləri sahəsində “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid”, kimya elm sahəsində “Neft kimyası” və ”Fiziki kimya”, sənətşünaslıq sahəsində “Kulturologiya və onun ümumi məsələləri”, fizika elm sahəsində “Radiasiya materialşünaslığı” və aqrar elmlər sahəsində “Xüsusi zootexniya, heyvandarlıq məhsullarının istehsalı texnologiyası” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.
Digər xəbərlər