26 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda 5 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 7 iddiaçıya diplomlar və attestatlar, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim edilib. Texnika elmləri, tibb elmləri və filologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 3 iddiaçıya elmlər doktoru diplomları, Gürcüstanın Akademik Ekspertləri Şurası Gürcüstan Elmlər Akademiyasının N.Musxelişvili adına Hesablama Riyaziyyatı İnstitutunda riyaziyyat elmləri doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunub. Filologiya elmləri sahəsində “Folklorşünaslıq”, riyaziyyat elm sahəsində “Diferensial tənliklər” və sənətşünaslıq elm sahəsində “Musiqi sənəti” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatı təqdim edilib.
Müxtəlif elm sahələri üzrə elmi dərəcə iddiaçılarına elmlər doktoru elmi dərəcəsinin və elmi ad iddiaçılarına professor elmi adının verilməsi, professor elmi adı barədə sənədin təkrar attestasiya əsasında tanınması məsələlərinə baxılıb.
Komissiyanın nəzdində fəaliyyət göstərən ekspert şuralarının tərkibində dəyişikliklər edilib və müxtəlif elm sahələri üzrə dissertasiya şuraları yaradılıb.
Digər xəbərlər