Bağla


25 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 13 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 55 iddiaçıya diplomlar və attestatların, xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Kimya, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, coğrafiya, filologiya elmləri, pedaqogika, sənətşünaslıq, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 27 iddiaçıya fəlsəfə doktoru, biologiya elmləri, iqtisad elmləri və tarix üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 3 iddiaçıya elmlər doktoru diplomları, Türkiyə Respublikasının Kocaeli Universitetinin Texniki Elmlər İnstitutunda yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının İstanbul Universiteti Cərrahpaşa Doktorantura Təhsil İnstitutunda tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının Eskişehir Texniki Universitetinin Magistratura və Doktorantura Təhsili İnstitutunda texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Polşa Respublikasının Varşava Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

Filologiya elmləri sahəsində “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə 2, “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid”, “Azərbaycan dili” ixtisaslarının hər biri üzrə 1, pedaqogika elm sahəsində “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə 2, kimya elm sahəsində “Neft kimyası” ixtisası üzrə 2, “Qeyri-üzvi kimya” ixtisası üzrə 1, texnika elmləri sahəsində “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (informasiya texnologiyaları üzrə)”, “Dəniz faydalı qazıntı yataqlarının işlənməsi texnologiyası”, “İnformasiya-ölçmə və idarəetmə sistemləri (metrologiya üzrə)”, “Elektrotexniki sistemlər və komplekslər”, tibb elmləri sahəsində “Şüa diaqnostikası və terapiyası”, “Neyrocərrahlıq”, “Sinir xəstəlikləri”, biologiya elmləri sahəsində “Mikologiya”, siyasi elmlər sahəsində “Beynəlxalq münasibətlər”, və sənətşünaslıq elm sahəsində “Kulturologiya və onun ümumi məsələləri” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent, texnika elmləri sahəsində “Neft-qaz kəmərlərinin, bazalarının və anbarlarının tikilməsi və istismarı”, coğrafiya elm sahəsində “Meteorologiya” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.


25.11.2026





Digər xəbərlər