Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 6.9-cu və 7.4-cü, “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 5.3-cü və 6.8-ci bəndlərinə müvafiq olaraq
- elmi dərəcə, nostrifikasiya və təkrar attestasiya üçün təqdim edilən sənədlərə;
- elmi adlar verilməsinə dair vəsatətlərə, nostrifikasiya və təkrar attestasiya üçün təqdim edilən sənədlərə
baxılma müddətinə ilin iyul və avqust ayları daxil deyildir.
Digər xəbərlər