Bağla


27-28 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 14 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 46 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamənin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Kimya, fizika, riyaziyyat, texnika və iqtisad elmləri, tarix, coğrafiya, sənətşünaslıq, memarlıq, filologiya və aqrar elmlər üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 27 iddiaçıya fəlsəfə doktoru diplomları, tibb, kimya, coğrafiya və texnika elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 6 iddiaçıya elmlər doktoru diplomları, Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyinin M.A.Bonç-Bruyeviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiya Universitetində texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunub.
Filologiya elmləri sahəsində “Azərbaycan dili” ixtisası üzrə 3 və “Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı)” ixtisası üzrə 1, biologiya elmləri sahəsində “Farmakologiya, klinik farmakologiya”, “İnsan və heyvan fiziologiyası” və “Mikrobiologiya” ixtisasları üzrə 3, coğrafiya sahəsində “İqtisadi coğrafiya”, siyasi elmlər sahəsində “Siyasi institutlar və sistemlər”, tibb elmləri sahəsində “Uşaq cərrahlığı” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent, kimya sahəsində “Neft kimyası” və tarix sahəsində “Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları” ixtisasları üzrə 2 iddiaçıya professor attestatları təqdim edilib.
 


28.10.2022





Digər xəbərlər