02 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 13 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 44 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamənin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Tibb elmləri, fizika, kimya, biologiya elmləri, fəlsəfə, coğrafiya, tarix, yer elmləri, filologiya elmləri, pedaqogika, sosiologiya, siyasi elmlər və texnika elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 31 iddiaçıya fəlsəfə doktoru diplomları, Türkiyə Respublikası Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunub.
Pedaqogika elm sahəsində “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə 2, texnika elmləri sahəsində “İnşaat mexanikası”, “Qida məhsullarının texnologiyası” və “Aqromühəndislik” ixtisaslarının hər biri üzrə 1, kimya elm sahəsində “Analitik kimya” və “Makromolekullar kimyası” ixtisaslarının hər biri üzrə 1, tibb elmləri sahəsində “Urologiya”, fəlsəfə elm sahəsində “Sosial fəlsəfə”, filologiya elmləri sahəsində “Dil nəzəriyyəsi”, siyasi elmlər sahəsində “Siyasi institutlar və sistemlər”, milli təhlükəsizlik və hərbi elmlər sahəsində “Hərbi nəzəri elmlər” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.
Digər xəbərlər