Bağla


09 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 4 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 9 iddiaçıya diplomlar və attestatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Fizika, iqtisad elmləri, siyasi elmlər və filologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 7 iddiaçıya elmlər doktoru diplomları təqdim olunub.

Siyasi elmlər sahəsində “Siyasi institutlar və sistemlər” ixtisası üzrə 1, fizika elm sahəsində “Yarımkeçiricilər fizikası” ixtisası üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.


09.12.2022





Digər xəbərlər