23 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 7 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 13 iddiaçıya diplomlar və attestatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Texnika elmləri, fizika, kimya, coğrafiya, filologiya elmləri, siyasi elmlər və iqtisad elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 11 iddiaçıya elmlər doktoru diplomları təqdim olunub.
Fizika elm sahəsində “Bərk cisimlər fizikası” ixtisası üzrə 1, kimya elm sahəsində “Üzvi kimya” ixtisası üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.
Digər xəbərlər