Bağla


28 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 15 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 66 iddiaçıya diplomlar və attestatların  təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Tibb elmləri, əczaçılıq elmləri, texnika elmləri, kimya, riyaziyyat, filologiya elmləri, tarix, sosiologiya, pedaqogika, fəlsəfə, sənətşünaslıq, iqtisad elmləri və siyasi elmlər üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 39 iddiaçıya fəlsəfə doktoru diplomları, texnika elmləri, riyaziyyat, kimya, tarix və tibb elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 6 iddiaçıya elmlər doktoru diplomları təqdim olunub.

Filologiya elmləri sahəsində “Azərbaycan dili” və “Azərbaycan ədəbiyyatı” ixtisaslarının hər biri üzrə 2, “German dilləri”, “Dünya ədəbiyyatı (fransız ədəbiyyatı)”, “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik” ixtisaslarının hər biri üzrə 1, iqtisad elmləri sahəsində “Ümumi iqtisadiyyat” ixtisası üzrə 2, “Dünya iqtisadiyyatı” ixtisası üzrə 1, tibb elmləri sahəsində “Göz xəstəlikləri”, “Mamalıq və ginekologiya” ixtisaslarının hər biri üzrə 1, texnika elmləri sahəsində “Neft və qaz yataqlarının işlənməsi və istismarı”, kimya elm sahəsində “Neft kimyası”, riyaziyyat elm sahəsində “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (optimal idarəetmə üzrə)”, yer elmləri sahəsində “Bərk faydalı qazıntıların geologiyası, axtarışı və kəşfiyyatı, minerageniya”, pedaqogika elm sahəsində “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi”, sənətşünaslıq elm sahəsində “Musiqi sənəti” və tarix elm sahəsində “Etnoqrafiya və etnologiya”  ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent, hüquq elmləri sahəsində “Dövlət və hüquq nəzəriyyəsi və tarixi; hüquq və dövlət haqqında təlimlər tarixi” və filologiya elmləri sahəsində “Azərbaycan ədəbiyyatı” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.


28.12.2022





Digər xəbərlər