Bağla


12 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 12 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 29 iddiaçıya diplomlar və attestatların  təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Tibb elmləri, texnika elmləri, fizika, kimya, biologiya elmləri, filologiya elmləri, tarix, pedaqogika, psixologiya, fəlsəfə, iqtisad elmləri və hüquq elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 25 iddiaçıya fəlsəfə doktoru diplomları təqdim olunub.

İqtisad elmləri sahəsində “Ümumi iqtisadiyyat” və “Sahə iqtisadiyyatı” ixtisaslarının hər biri üzrə 1, filologiya elmləri sahəsində “Türk dilləri” ixtisası üzrə 1  və pedaqogika elm sahəsində “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (biologiyanın tədrisi metodikası)” ixtisası üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.


16.01.2023





Digər xəbərlər