02 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 13 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 53 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Tibb elmləri, texnika elmləri, fizika, kimya, biologiya elmləri, filologiya elmləri, tarix, sənətşünaslıq, aqrar elmlər, siyasi elmlər və iqtisad elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 44 iddiaçıya fəlsəfə doktoru diplomları, Türkiyə Respublikası Marmara Universitetinin Sosial Bilimlər İnstitutunda filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Türkiyə Respublikasının Hacettepe Universitetində pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Filologiya elmləri sahəsində “Azərbaycan ədəbiyyatı”, “Folklorşünaslıq” və “German dilləri” ixtisaslarının hər biri üzrə 1, tibb elmləri sahəsində “Otorinolarinqologiya”, biologiya elmləri sahəsində “Radiobiologiya”, aqrar elmlər sahəsində “Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi” və hüquq elmləri sahəsində “Konstitusiya hüququ; bələdiyyə hüququ” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.
Digər xəbərlər