Bağla


28 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 15 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 51 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamənin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Milli təhlükəsizlik və hərbi elmlər, tibb elmləri, texnika elmləri, fizika, kimya, biologiya elmləri, əczaçılıq, filologiya elmləri, tarix, sənətşünaslıq, psixologiya, fəlsəfə və iqtisad elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 37 iddiaçıya fəlsəfə doktoru diplomları, Macarıstanın Seqed Universitetində pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunub.

İqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı” ixtisası üzrə 3 və “Ekonometriya, iqtisadi statistika” ixtisası üzrə 1, tibb elmləri sahəsində “Mamalıq və ginekologiya”        ixtisası üzrə 2, “Pediatriya”, “İnsan anatomiyası” və “Cərrahlıq” ixtisaslarının hər biri üzrə 1, kimya elm sahəsində “Makromolekullar kimyası”, biologiya elmləri sahəsində “Genetika”, aqrar elmlər sahəsində “Aqrotorpaqşünaslıq və aqrofizika”, filologiya elmləri sahəsində “Azərbaycan ədəbiyyatı” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.


28.02.2023





Digər xəbərlər