05 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 16 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 45 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamənin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Riyaziyyat, fizika, kimya, texnika elmləri, tibb elmləri, biologiya elmləri, aqrar elmlər, filologiya elmləri, psixologiya, tarix, pedaqogika, sənətşünaslıq, fəlsəfə, siyasi elmlər, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 37 iddiaçıya fəlsəfə doktoru diplomları, Ukraynanın Təhsil və Elm Nazirliyinin Milli Mülki Müdafiə Universitetində siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunub.
İqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı”, tarix elm sahəsində “Vətən tarixi”, kimya elm sahəsində “Üzvi kimya”, sənətşünaslıq elm sahəsində “Musiqi sənəti”, biologiya elmləri sahəsində “Mikrobiologiya”, tibb elmləri sahəsində “Ürək-damar cərrahlığı”, milli təhlükəsizlik və hərbi elmlər sahəsində “Hərbi nəzəri elmlər” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.
Digər xəbərlər