09 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 11 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 25 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Riyaziyyat, fizika, kimya, tibb elmləri, biologiya elmləri, siyasi elmlər, filologiya elmləri, pedaqogika və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 17 iddiaçıya fəlsəfə doktoru diplomları, Türkiyə Respublikasının Gazi Universitetinin Tibb Elmləri İnstitutunda tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, İtaliya Respublikasının Roma Sapienza Universitetində tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Rusiya Federasiyası Səhiyyə Nazirliyi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində əczaçılıq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Sənətşünaslıq elm sahəsində “Musiqi sənəti” ixtisası üzrə 2, filologiya elmləri sahəsində “Jurnalistika”, tarix elm sahəsində “Vətən tarixi” və tibb elmləri sahəsində “Səhiyyə və onun təşkili” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.
Digər xəbərlər