15 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 16 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 54 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Riyaziyyat, kimya, texnika elmləri, tibb elmləri, hüquq elmləri, iqtisad elmləri, siyasi elmlər, tarix, coğrafiya, pedaqogika, fəlsəfə, sənətşünaslıq və filologiya elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 39 iddiaçıya fəlsəfə doktoru diplomları, Rusiya Federasiyası Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Kazan Dövlət Tibb Universitetində tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Filologiya elmləri sahəsində “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik” ixtisası üzrə 2, “Azərbaycan dili” ixtisası üzrə 1, texnika elmləri sahəsində “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (informatika üzrə)”, “Bərk cisim elektronikası, radioelektron komponentlər, mikro və nanoelektronika” və “Neft-qaz-daş kömür emalı və texnologiyası” ixtisaslarının hər biri üzrə 1, biologiya elmləri sahəsində “Biokimya”, “Parazitologiya” və “Entomologiya” ixtisaslarının hər biri üzrə 1, fizika elm sahəsində “Yarımkeçiricilər fizikası”, riyaziyyat elm sahəsində “Riyazi statistika”, astronomiya elm sahəsində “Günəş fizikası” və tarix elm sahəsində “Arxeologiya” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.
Digər xəbərlər