Bağla


 

27 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda 9 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 12 iddiaçıya diplomlar və attestatlar təqdim edilib. Tibb elmləri, fizika, pedaqogika və filologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 4 iddiaçıya elmlər doktoru diplomları təqdim olunub. İqtisad elmləri sahəsində “Dünya iqtisadiyyatı” və “Daxili fiskal siyasət və dövlət maliyyəsi”, hüquq elmləri sahəsində “Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ”, tibb elmləri sahəsində “Urologiya”, texnika elmləri sahəsində “Neft-qaz kəmərlərinin, bazalarının və anbarlarının tikilməsi və istismarı”, filologiya elmləri sahəsində “Azərbaycan dili”, riyaziyyat elm sahəsində “Analiz və funksional analiz” və psixologiya elm sahəsində “Pedaqoji psixologiya” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.

Elmi dərəcə iddiaçılarına elmlər doktoru elmi dərəcəsinin, elmi ad iddiaçılarına professor elmi adının verilməsi və xarici ölkədə verilmiş elmlər doktoru elmi dərəcəsi barədə sənədin təkrar attestasiya əsasında tanınması məsələlərinə baxılıb.

Komissiyanın nəzdində fəaliyyət göstərən dissertasiya şuralarının tərkibində dəyişikliklər edilib və müxtəlif elm sahələri üzrə dissertasiya şuraları yaradılıb.

Elmi müəssisələrin (təşkilatların) akkreditasiyasının keçirilməsi məqsədilə yaradılan ekspert şuralarının tərkibinin təsdiq edilməsi məsələsinə baxılıb.


27.10.2023





Digər xəbərlər