07 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 10 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 59 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Riyaziyyat, kimya, biologiya elmləri, aqrar elmlər, tibb elmləri, texnika elmləri, iqtisad elmləri və filologiya elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 30 iddiaçıya fəlsəfə doktoru diplomları, Türkiyə Respublikası İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Almaniya Federativ Respublikası Bonn Reyn Fridrix Vilhem Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Ukrayna Təhsil və Elm Nazirliyi Xarkov Milli Radiolektronika Universitetində texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, İsveçrə Ali Təhsil Məktəbində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Tibb elmləri sahəsində “Stomotologiya” ixtisası üzrə 3, “Cərrahlıq” ixtisası üzrə 1 və “İnsan anatomiyası” ixtisası üzrə 1, filologiya elmləri sahəsində “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik” ixtisası üzrə 2, “Slavyan dilləri”, “Azərbaycan ədəbiyyatı”, “Folklorşünaslıq”, “German dilləri” və “Dil nəzəriyyəsi” ixtisaslarının hər biri üzrə 1, sənətşünaslıq elm sahəsində “Musiqi sənəti”, “Təsviri sənət”, “Dekorativ tətbiqi sənət” ixtisaslarının hər biri üzrə 1, biologiya elmləri sahəsində “Biokimya” ixtisası üzrə 2 və “Ekologiya” ixtisası üzrə 1, aqrar elmlər sahəsində “Torpaqşünaslıq”, “Bitkiçilik” və “Bitkilərin mühafizəsi”, iqtisad elmləri sahəsində “Ümumi iqtisadiyyat” və “Sahə iqtisadiyyatı”, texnika elmləri sahəsində “Məsafədən aerokosmik tədqiqatlar” və pedaqogika elm sahəsində “Təlim və tərbiyyənin nəzəriyyəsi və metodikası” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.
Digər xəbərlər