17 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda 6 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 9 iddiaçıya diplomlar və attestatlar təqdim edilib. Tibb elmləri, texnika elmləri və tarix üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 3 iddiaçıya elmlər doktoru diplomları təqdim olunub. Texnika elmləri sahəsində “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (idarəetmə və qərar qəbuletmə)”, “Kimya texnologiyası və mühəndisliyi”, “Qida məhsulları texnologiyası”, memarlıq sahəsində “Şəhərsalma, yaşayış məntəqələrinin planlaşdırılması, landşaft memarlığı”, sənətşünaslıq sahəsində “Musiqi sənəti”, milli təhlükəsizlik və hərbi elmlər sahəsində “Hərbi xüsusi elmlər” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.
Elmi dərəcə iddiaçılarına elmlər doktoru elmi dərəcəsinin, elmi ad iddiaçılarına professor elmi adının verilməsi və xarici ölkədə verilmiş professor elmi adı barədə sənədin təkrar attestasiya əsasında tanınması məsələlərinə baxılıb.
Komissiyanın nəzdində fəaliyyət göstərən dissertasiya şuralarının tərkibində dəyişikliklər edilib və müxtəlif elm sahələri üzrə dissertasiya şuraları yaradılıb.
Digər xəbərlər