05 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 12 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 38 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Riyaziyyat, biologiya elmləri, aqrar elmlər, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, filologiya elmləri və sosiologiya üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 15 iddiaçıya fəlsəfə doktoru diplomları, kimya, tibb elmləri, texnika elmləri və filologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 5 iddiaçıya elmlər doktoru diplomları, Türkiyə Respublikası Süleyman Demirel Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Slovakiya Respublikası Banska Bystric-da Matej Bel Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Tibb elmləri sahəsində “Daxili xəstəliklər”, “Cərrahlıq”, “Farmokologiya, klinik farmakologiya” və “Pediatriya” ixtisaslarının hər biri üzrə 1, iqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı” ixtisası üzrə 2, “Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə 1, biologiya elmləri sahəsində “Genetika” ixtisası üzrə 1, “Botanika”, ixtisası üzrə 1, kimya elm sahəsində “Fiziki kimya”, riyaziyyat elm sahəsində “Dinamik sistemlər və optimal idarəetmə”, fizika elm sahəsində “Molekulyar fizika”, pedaqogika elm sahəsində “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi”, filologiya elmləri sahəsində “Roman dilləri” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent, tibb elmləri sahəsində “Cərrahlıq” və sənətşünaslıq elm sahəsində “Musiqi sənəti” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.
Digər xəbərlər