Bağla


30 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 11 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 48 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Kimya, biologiya elmləri, tibb elmləri, iqtisad elmləri, tarix, hüquq elmləri, filologiya elmləri, sənətşünaslıq və fəlsəfə üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 22 iddiaçıya fəlsəfə doktoru diplomları, texnika elmləri, hüquq elmləri və filologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 6 iddiaçıya elmlər doktoru diplomları, Rusiya Federasiyası İntervensiya kardioangiologiyası Elmi-Praktiki Mərkəzində tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Rusiya Federasiyası Şərqi-Sibir Elmi Mərkəzinin Tibbi Ekologiya Elmi Mərkəzində tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikası İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Almaniya Federativ Respublikası Kiel Kristian Albrexts Universitetində hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

Tarix elm sahəsində “Vətən tarixi” ixtisası üzrə 2, texnika elmləri sahəsində “Neft-qaz-daş kömür emalı və texnologiyası” ixtisası üzrə 1, “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (informasiya texnologiyaları üzrə)” ixtisası üzrə 1, kimya elm sahəsində “Radiasiya materialşünaslığı” ixtisası üzrə 1, “Neft kimyası” ixtisası üzrə 1, iqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı”, filologiya elmləri sahəsində “Azərbaycan dili”, pedaqogika elm sahəsində “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” və sənətşünaslıq elm sahəsində “Musiqi sənəti” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent, iqtisad elmləri sahəsində “Ümumi iqtisadiyyat” ixtisası üzrə 1, “Sahə iqtisadiyyatı” ixtisası üzrə 1, tibb elmləri sahəsində “Səhiyyə və onun təşkili”, texnika elmləri sahəsində “Maşınlar, avadanlıqlar və proseslər”, filologiya elmləri sahəsində “Azərbaycan dili” və tarix elm sahəsində “Ümumi tarix” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.


30.04.2024





Digər xəbərlər