7 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) elmi dərəcə və elmi ad almış iddiaçılara diplom və attestatların, xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamənin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə 9 elm sahəsi üzrə 23 nəfərə diplomlar, attestatlar və şəhadətnamə təqdim edilib.
Fizika, tibb, filologiya, kimya, biologiya, tarix və hüquq elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 12 iddiaçıya fəlsəfə doktoru diplomları, tibb, fizika və iqtisad elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 4 iddiaçıya elmlər doktoru diplomları, Ukrayna Respublikası Təhsil və Elm Nazirliyinin M.İ.Piroqov adına Milli Tibb Universitetində tibb elmləri doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunub.
Tarix elmləri sahəsində “Vətən tarixi” ixtisası üzrə 3 iddiaçıya, tibb elmləri sahəsində “Cərrahlıq” ixtisası üzrə 1 və texnika elmləri sahəsində “Yerüstü komplekslər, buraxılış avadanlıqları, uçan aparatların və onların sistemlərinin istismarı” ixtisası üzrə 1 iddiaçıya dosent attestatları, iqtisad elmləri sahəsində “Dünya iqtisadiyyatı” ixtisası üzrə 1 iddiaçıya professor attestatı təqdim edilib.
Digər xəbərlər